...

Peşəkar boksçu Əli İsmayılov xaricdə reytinq döyüşləri keçirmək niyyətindədir

Cəmiyyət Materials 10 Dekabr 2007 19:40 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir Z.Səfərov/ WBO-Latino titulunu müdafiə edən azərbaycanlı boksçu Əli İsmayılov başqa versiyalar üzrə döyüşlər keçirmək niyyətindədir. Boksçunun Trend ə verdiyi məlumata görə, növbəti ildə o, Moskva və Sankt-Peterburq rinqləri ilə kifayətlənməyəcək və uzaq xaricdə keçirilməsi nəzərdə tutulan bir neçə döyüşü var. " Hollandiya, Finlandiya, Danimarka və başqa ölkələrdə görüşlərin təşkil edilməsi ilə bağlı təkliflər var. Yeni il tətillərindən sonra menecerimlə bu təklifləri nəzərdən keçirəcəyik. Hələlik kiçik taym-aut götürəcəyəm. Belə ki, bu mövsümdə mən çoxlu vacib görüşlər keçirmişəm və indi bərpa olunmaq lazımdır"- boksçu bildirib. Xatırladaq ki, İsmayılov artıq 13 döyüş keçirib və onlardan, 8-i nokaut olmaqla, 11-də qalib gəlib.

Xəbər lenti

Xəbər lenti