...

İnsan hüquqları və miqrasiya problemlərinə həsr olunmuş yeni dərslik nəşr olunub

Cəmiyyət Materials 12 Dekabr 2007 17:11 (UTC +04:00)

Azərbaycan,Bakı Trend , müxbir K.Zərbalıyeva/ "Müasir beynəlxalq hüquqda insan hüquqları, əhali və miqrasiya problemləri" adlı kitabın Ədliyyə Nazirliyinin Tədris Mərkəzində təqdimatı keçirilib.

Kitabın müəllifi, hüquq elmləri namizədi Əmir Əliyev bildirib ki, kitabda müasir beynəlxalq hüquqda insan hüquqları, əhali və miqrasiya problemlərinin nəzəri və praktiki məsələlərinin beynəlxalq hüquq ədəbiyyatında mövcud fikir müxtəlifliyi, beynəlxalq praktika və bu istiqamətdə qəbul edilmiş müxtəlif beynəlxalq normalar, dövlətlərin dövlətdaxili qanunvericiliyi geniş təhlil olunub.

Kitabda üç istiqamət-insan hüquqları, əhali və miqrasiya problemləri və əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin statusu məsələləri nəzərdən keçirilib.

Kitab təhsil nazirinin əmri ilə dərs vəsaiti kimi təsdiq edilib.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının maliyyə dəstəyi ilə nəşr olunmuş kitab tədris kurslarına cəlb olunmuş hakimliyə namizədlərə paylanılıb.

Xəbər lenti

Xəbər lenti