...

Azərbaycanlı model Rüstəm Cabbarov dünyanın tanınmış şirkətlərindən təkliflər alıb

Cəmiyyət Materials 12 Dekabr 2007 17:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 dekabr /müx. TrendLife Türkan İmaməliyeva/

Ötən gün "Natəvan" Biznes Mərkəzində Nahid Kabakçının təşkilatçılığı ilə mətbuat konfransı keçirilib. Yəqin ki, söhbətin nədən getdiyi sizə məlum oldu. Bir müddət öncə elə həmin məkanda media nümayəndələri ilə görüşən N.Kabakçı bəyan etmişdi ki, "Best Model of Azərbaijan"ın 2006-cı ildəki qalibi Rüstəm Cabbarov və Lalə Eyvazova Azərbaycanı "Best Model of the World" yarışmasında təmsil edəcəklər. Xatırladaq ki, 2006-ci ildə "Best Model of Azerbaijan"ın prezidenti Aygün Kazımova idi. O zaman Rüstəmlə Lalənin "Best Model of the World"a qatılmamalarının səbəbi onların pasport problemlərinin olması ilə əlaqələndirilmişdi. Bu yaxınlarda Kabakçı diqqətə çatdırmışdı ki, "Best Model of the World"un prezidenti Erkan Özarman ona məktub göndərərək, Rüstəmlə Laləni yenidən dünya yarışmasına dəvət edib. Onda Rüstəm və Lalə vəd etdilər ki, yarışmadan əliboş qayıtmayacaqlar. Vədlərinə əməl edən Azərbaycan modelləri h vətənə uğurla qayıtmaqla hamını sevindirdilər. Belə ki, Cabbarov "Best Model of the World" yarışmasında dünya birincisi oldu. Modelimizin bütün parametrləri dünya standartlarına uyğun gəldiyindən, münsiflər heyəti birmənalı şəkildə ona səs verdi. Eyvazova isə, "Best Model of the World"un "Ən gözəl yerişə görə" nominasiyasında qalib seçildi.

Ötən gün Kabakçı keçirdiyi mətbuat konfransında Rüstəm Cabbarovun dünyanın bir nömrəli modeli olduğunu qeyd etdi. O, bildirdi ki, modellərin dünya yarışmasına qatılması üçün ,sadəcə, vasitəçilik edib. Cabbarov isə bildirdi ki, yarışmadan sonra dünyanın bir sıra tanınmış şirkətlərləri ona müqavilə bağlamağı təklif ediblər. Bir çox kataloqlarda onun rəsminin çıxmasına icazə istəyiblər. Hələ ki Rüstəm təklifləri dəyərləndirir. Bu səbəbdən də konkret cavab verməyib. Nəzərə alsaq ki, Rüstəmin prodüseri də yoxdur, onda Özarmanın ona kömək etmək təklifi real görünür. Məlumdur ki, Azərbaycanda model biznesi üzrə hazırlanan prodüser sektoru hələ ki mövcud deyil. Bu üzdən, Cabbarovun xarici ölkələrdə prodüser işlərini hələ ki, Özarman həyata keçirəcək.

Xəbər lenti

Xəbər lenti