...

Müğənni Rəşad İlyasov heç vaxt siyasətçi olmaq istəməyib

Cəmiyyət Materials 12 Dekabr 2007 17:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 dekabr /müx. TrendLife Ayəndə Dadaşova/

Gənc, istedadlı müğənni Rəşad İlyasov profseonal kanon ifaçısı kimi də tanınıb. Lakin bu dəfə TrendLife müxbiri gözləmədiyi sualla ona müraciət etdi.

-Rəşad, siz siyasətçi olmaq istərdiniz?

-Bilirsiz, siyasətçi olmaq həm çətindir, həm də vacibdir. Ümumiyyətlə, mən siyasətdən uzaq insanam.

-Qurban bayramı yaxınlaşır. Həmin gün xeyriyyəçiliklə məşğul olacaqsınız?

-Adətən, həmin günü ailəmizdə qurban kəsib, ehtiyacı olan ailələrə paylayırıq.

-Bəs, yaradıcılığınızda hansı yeniliklər var?

-Bir neçə yeni mahnılarım var ki, hələ aranjeman olunmayıb. Düzünü desəm, özümdə də bir az tənbəllik var. Pərəstişkarlarıma söz verirəm ki, iki yeni mahnımı yaxınlarda onlara təqdim edəcəm.

-Əgər səhv etmirəmsə, yeni klip də olacaq?

-Bəli. Gövhər Həsənzadənin "Sonsuz uzaqlara"mahnısına klip çəkdirirəm.

-Bəs kanonda necə, yeni mahnı ifa edəcəksiniz?

-Əlbəttə. Mən bu çalğı alətin çox sevirəm. Məhz buna görə də yeni mahnılar hazırlayıram.

Xəbər lenti

Xəbər lenti