...

Manana nigah masasında Azərbaycan vətəndaşı kimi oturacaq

Cəmiyyət Materials 13 Dekabr 2007 16:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 dekabr /müx. TrendLife Günel Əhmədova/

Manana nigah masasında Azərbaycan vətəndaşı kimi oturmağa qərar verib. Müğənni bu barədə çoxdan düşünsə də, arzusunu ötən ayların birində reallaşdırmağa başlayıb. Müğənninin TrendLife-ın muxbirinə bildirdiyinə görə, onun sənədləri ay yarım öncəDaxili İşlər Nazirliyinin miqrasiya idarəsinə təqdim olunub.

Xatırladaq ki, ölkəmizin mövcud qanunvericiliyinə görə, Azərbaycan vətəndaşı olmaq istəyən şəxslər dövlət dilini mükəmməl bilməklə yanaşı, bunu rəsmən təsdiqləmək üçün imtahan verməlidirlər. Müğənni ilə söhbətimizdə o,Təhsil Nazirliyinin imtahanından uğurla keçdiyini və ona dili bildiyini təsdiq edən arayışın təqdim olunduğunu söylədi:

"Əgər uzun illər bu ölkənin çörəyini yeyir, festivallarda nümayəndəsi kimi çıxış edirəmsə, niyə Azərbaycanın vətəndaşı olmayım? Bu arzumu neçə illərdir gerçəkləşdirmək niyyətindəyəm. Bir neçə ay öncə Bakıda özümə mənzil almışam. Ailə qurandan sonra gələcək həyat yoldaşımla birlikdə burada yaşamağı düşünürük".

Qeyd edək ki, Manana ilə telefon əlaqəmizi o, Türkiyədə olarkən yaratmışıq. Səfərinin məqsədibarədə danışan müğənni bunun yaradıcılıq xarakteri daşımadığını söylədi. Toy tədarükünü qonşu ölkədə davam etdirən müğənni bunun ardınca Avropa ölkələrinə üz tutacağını söylədi:

"Nişanlım Georgi ilə birlikdə bəzi əşyalarımı və toy libasımı xarcidən almağa gəlmişik.Bir neçə gün Türkiyədə qalıb, daha sonra səfərimizi Avropa ölkələrində davam etdirməyi düşünürük"- dedi.

Paytaxt Bakıya gələn həftə qayıdacaq Manana bildirdi ki, toy hazırlıqları onu yaradıcılıq planlarından tamamilə ayırıb. Bu ərəfələrdə o, klip çəkdirməyi düşünsə də, vaxt darlığı çəkilişlərə mane olub. Toydan söz düşmüşkən, müğənni səfərdə olarkən xaricdən dəvətli olan sənət dostları ilə də telefon əlaqəsi yaradacağını söylədi. Xatırladaq ki, onlar Rusiya, Gürcüstan, Avstriya və Türkiyənin sənət adamlarıdır. Müğənninintoy mərasimində həm müasir, həm də milli elementlər öz əksini tapacaq. Söhbətinin sonunda Manana yaşadığı evdən Azərbaycanın adət-ənənələri ilə çıxmaq arzusunda olduğunu söylədi.

Xəbər lenti

Xəbər lenti