...

"Muxalifət" qazetinin həbsdə olan redaktoru aclığa başlayıb

Cəmiyyət Materials 14 Dekabr 2007 17:36 (UTC +04:00)

Azərbaycan,Bakı/ Trend , müxbir K.Zərbalıyeva/ "Muxalifət" qazetinin həbsdə olan redaktoru cümə axşamı aclığa başlayıb.

Bu barədə Trend ə cümə günü, Yaşar Ağazadənin atasına istinadən, vəkil Rəşid Hacılı məlumat verib.

"Müxalifət" qəzetinin baş redaktoru Rövşən Kəbirli və redaktor Yaşar Ağazadə millət vəkili Cəlal Əliyevin xüsusi ittiham qaydasında şikayəti ilə Cinayət Məcəlləsinin ağır və xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma maddəsi ilə təqsirli bilinərək ,Yasamal rayon məhkəməsinin 16 aprel tarixli hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. "A.M.A.Y Əliyevlərin ticarət markası" adlı məqalədə AMAY Ticarət Mərkəzinin Cəlal Əliyev tərəfindən himayə olunması göstərilib.

Vəkil bildirib ki, Ağazadə dekabrin 13-də "Azadliq" qəzetinin baş redaktoru Qənimət Zahidə həmrəylik nümayiş etdirmək məqsədilə aclığa başlayıb.

Hacılı jurnalistin sağlıq durumu barədə ətraflı bilgiyə məlum olmadığını deyib.

Dekabrın 25-də Ali Məhkəmədə onların kassasiya şikayətinə baxılacaq.

Xəbər lenti

Xəbər lenti