...

Azərbaycanlı rəssamlar "Çank-Art 2007" adlı beynəlxalq festivaldan qayıdıblar

Cəmiyyət Materials 26 Dekabr 2007 16:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 dekabr /müx. TrendLife Eldar Hüseynzadə/

Ankarada "Çank-Art 2007" adlı beynəlxalq sərgi başa çatıb. Fesivalda dünyanın altı ölkəsindən - Azərbaycan, Rusiya, Bolqarıstan, Qırğızıstan, Gürcüstan və Türkiyədən olan rəssamlar iştirak ediblər. Bizim ölkəni 3 rəssam ata və oğul - Arif və Orxan Hüseynovlar, həmçinin Vahid Talıb təmsil edib. Sərgi barədə Arif Hüseynov TrendLife-a bunları söylədi: "Sərgi Müasir İncəsənət Mərkəzində keçdi. Adıçəkilən mərkəz Ankarada ən iri qalereyalardan sayılır. Biz Orxanla bərabər orada 15 iş təqdim etdik. Ümumilikdə sərgidə 60 rəssam iştirak edirdi. Mənim üçün əsas olan oradakı rəssamlarla ünsiyyət idi".

Xatırladaq ki, gələn ilin noyabr ayında Ankarada yenidən sərgi keçirilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti