...

Azərbaycandan olan İsrailli neyrocərrah Amerika Elm Akademiyasında daxil olub

Cəmiyyət Materials 27 Dekabr 2007 17:52 (UTC +04:00)
Azərbaycandan olan İsrailli neyrocərrah Amerika Elm Akademiyasında daxil olub

İsrail, Yerusəlim/ Trend , müxbir R.Abdullayev/ Azərbaycandan çıxan məşhur israilli neyrocərrah, Təl-Əviv Universitetinin professoru Arkadi Livşiç Amerika Elm Akademiyasının həqiqi üzvü olub. Livşiç Amerika Elm Akademiyasının Who is who kitabına iki nominasiya - tibb və səhiyyə, mühəndislik və elm nominasiyaları üzrə daxil olub. Bu barədə cümə axşamı Trend -ə Livşiç özü məlumat verib. Professor Livşiç dünyada ilk dəfə olaraq, insan beyninə miniatür radiostansiya köçürüb. Kompleks elmi fəaliyyət, iş və praktiki kəşflərin nəticəsində, Livşiçə Amerika Elm Akademiyasının həqiqi üzvü adı verilib. Livşiç neyrocərrahiyə ilə yanaşı, urologiya, plastik və ümumi cərrahiyədə də güclü mütəxəssisdir. O, dünya tibbi tarixində ilk dəfə olaraq, insan orqanlarının elektrostimulyasiyası fikrini irəli sürüb. Elektrik stimullarının onurğa beyninin zədələnməsi zamanı itirilmiş sinir impulslarını təkrarlamaq imkanı bu üsulu itirilmiş funksiyaların bərpa edilməsi prosesində əvəzsiz edib. Professor, ağrı keçirən yolların kəsişməsi üzrə mikroneyrocərrahiyə əməliyyatları və onurğa beynində antispastik əməliyyatlarının prinsip etibarilə yeni olduğunu bildirib. Kfar-Sabedə (İsrailin mərkəzi) "Meir" xəstəxanasında və Qersliysk Tibb Mərkəzində onun rəhbərliyi ilə qansız cərrahiyə üsulu ilə əməliyyatlar keçirilib. Livşiç Azərbaycanın paytaxtında anadan olub, N.Nərimanov adına Bakı Dövlət Tibb Universitetini bitirib.Təyinatla Rusiyada işləməyə yollanıb və orada cərrah kimi fəaliyyətə başlayıb. Doktorluq dissertasiyasını müdafiə etdikdən sonra, 60-70-ci illərdə Moskva Neyrocərrahiyə İnstitutunda işləyib. 1977-ci ildə Moskvada Ümumittifaq Onurğa beyni Cərrahiyəsi Mərkəzini yaradıb. 32 yaşında professor olub. İsrailə repatriasiyayadək bu institutun direktoru olub. İsrailli neyrocərrah olduqdan sonra Livşiç 2004-cü ildə ABŞ-da "İlin adamı", 2005-ci ildə isə, "XXİ əsrin alimi" medalını alıb. Sonralar o, Beynəlxalq Elm Səfiri seçilib. Livşiçin kitabları dünyanın 30-dan artıq ölkəsində nəşr edilib.

Xəbər lenti

Xəbər lenti