...

Dövlət orqanlarında monitorinqlər keçiriləcək

Cəmiyyət Materials 28 Dekabr 2007 13:35 (UTC +04:00)
Dövlət orqanlarında monitorinqlər keçiriləcək

Azərbaycan, Bakı / Trend ,müxbir K.Zərbalıyeva/ Prezident yaninda Dövlət Qulluğu Məsələləri üzrə Komissiyası Prezidentin İcra Aparatı ilə birgə gələn ildən dövlət orqanlarında monitorinqlər keçirəcək. Trend in məlumatına görə, bu barədə cümə günü

Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov keçirdiyi mətbuat konfransında məlumat verib.

Xəlilov bildirib ki, monitorinqin keçirilməsində məqsəd dövlət orqanlarının dövlət qulluğu sahəsindəki qanunverticiliyinin düzgün tətbiq olunub-olunmamasını öyrənməkdir.

Komissiya sədinin sözlərinə görə, qanunvericilik 6-9-cu təsnifatlar üzrə dövlət qulluğuna qəbulun müsabiqə yolu ilə qəbulunu nəzərdə tutsa da, bəzi dövlət orqanlarında bu təsnifatlara müsabiqədən kənar qəbul aparılması halları mövcuddur.

"Bu faktlar aşkarlanandan sonra həmin şəxslər vəzifələrindən azad olunublar. Onlar sonradan müsabiqəyə gəlsələr də, keçməyiblər",-deyə Xəlilov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti