...

Müğənni Ruhi hələ də müəllimindən narazıdır

Cəmiyyət Materials 28 Dekabr 2007 15:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 dekabr /müx. TrendLife Amal Rübai/

Müğənni Ruhi ilk müəllimindən hələ də narazıdır. Lakin o, həmin müəllimin adını TrendLife-a açıqlamaq istəmədi. "Mən indiyə qədər ilk müəllimimi bağışlaya bilmirəm. Çünki o, on beş günün içində məni efirə buraxdı. Mənim musiqi savadım yoxdur. Hələ Türkiyədə, Hindistanda çəkildiyim klipləri demirəm. O kliplərə baxanda lap əsəbiləşirəm. Heç olmasa mənimlə bir ay məşğul olardı, sonra efirə çıxarardı. Axı, biz çox vaxt bir yerdə olmuşuq, o, mənim işimi görürdü. Hələ ona verdiyim pulları demirəm. Allaha çox şükür ki, Nailə Mirməmmədli kimi müəllimə rast gəldim. O, mənim musiqi savadımı artırır. Bir il səhnədə olmağıma baxmayaraq. necə irəli getməyimi özünüz görürsünüz. Mən qalmaqalla yadda qalmamışam. Hamı məni ya geyimimə, ya xarici gözəlliyimə, ya verdiyim müsahibələrlə yadda saxlayıb. Amma indiyə qədər mənə "sən super oxuyursan" sözünü deməyiblər".

Xəbər lenti

Xəbər lenti