...

Ulduz olmaq bezdirir məni – Azərbaycanın "Super Star" tituluna iddialı müğənni Röya Ayxan

Cəmiyyət Materials 29 Dekabr 2007 11:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 dekabr /müx. Şahin Cavadsoy/

Sənətçilər arasında birinci və rəqibsiz kimdir? Artıq bu sualla müğənnilərə müraciət etmək lazımsız görünür. Çünki bir neçə həftə bundan öncə barışığa imza atan iki ulduz - Aygün Kazımova ilə Röya Ayxanın kimsənin gözləmədiyi bir tərzdə iki bacıya çevrilməsi hələ də şou-tənqidçilərin diqqətindən yayınmır. Lakin barışıqda maraqlı olan Röya xanım daha ulduz olmaq istəmir. Səbəbini isə belə izah etməyə çalışır: "Hamı məni ulduz görür. Ona görə də bu cür ampluadan çıxış etmək mənə çox gərəksiz görünür. Ulduz olmaq artıq bezdirir məni. Bilmirəm niyə belə bəbin düşünürəm. Əminəm ki, bütün dinləyicilər bu istəyimə hörmətlə yanaşıb, məni başa düşəcəklər".

Xəbər lenti

Xəbər lenti