...

Pul-paranı özünə həyat tərzi seçənlər, dünyada ən ağılsız insanlardır - Azərbaycanın rəqibsiz şoumeni Murad Dadaşov

Cəmiyyət Materials 30 Dekabr 2007 13:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 dekabr/müx. TrendLife Şahin Cavadsoy

Artıq neçənci dəfədir ki, TrendLife olaraq sənətçilərimizin pula olan marağından bəhs edən məqalələri sizlərə təqdim edirik. Bu dəfə isə eyni sualla, şoumenlərimizdən birinə - Murad Dadaşova müraciət etdik. Duzlu-məzəli zarafatları ilə fərqlənən Murad bəy ünvanladığımız sorğuya belə cavab verdi: "Türk qardaşlarımızın təbirincə desək, pul-paranı özünə həyat tərzi seçənlər, dünyada ən ağılsız insanlardır. Bəli, razıyam ki, adamı adam edən paradır, parasız da hər insanın üzü qaradır. Bu məsəli həqiqətən bəyənirəm. Murad Dadaşov bədxərc insanlardan deyil. Sadəcə, ailəmə və özümə sərf etdiyim maliyyə vəsaitinə görə əsla təəssüflənmirəm. Ona görə də pulun mənim həyatımda elə də böyük dəyəri yoxdur".

Xəbər lenti

Xəbər lenti