...

Gəncədə qanvermə aksiyası keçiriləcək

Cəmiyyət Materials 18 Yanvar 2008 14:37 (UTC +04:00)

Azərbaycan, Gəncə, 18 yanvar / Trend , müxbir V.Məmmədov/ Aşura günü Gəncə şəhərində xeyriyyə məqsədilə qanvermə aksiyası keçiriləcək. Bu barədə cümə günü Gəncə Bölgə Qanköçürmə Mərkəzinin baş həkimi Tahirə Məmmədova məlumat verib. Onun sözlərinə görə, yanvarın 21-nə kimi davam edəcək aksiyada hemofiliya və talessemiyalı xəstələr üçün qan veriləcək.

Mərkəzdə 37 hemofiliya (qanın laxtalanmaması) və 31 talassemiya (bədəndə qan yaranmama) irsi qan xəstələri qeydiyyatdadır.

Baş həkim Gəncədə irsi qan xəstələrinin 80 faizinin azyaşlı olduğunu deyib. Məmmədovanın sözlərinə görə, Gəncədə qan xəstələrinin sayının artması bir o qədər müşahidə olunmur. Ötən il ərzində mərkəzdə 6 xəstə qeydiyyata düşüb, qeydiyyatdakılardan 1 nəfər isə vəfat edib. Qərb bölgəsində isə irsi qan xəstələrin ümumi sayı 300-dən çoxdur.

Xəbər lenti

Xəbər lenti