Azərbaycan, Bakı, 1 fevral /müx. TrendLife Eldar Hüseynzadə/
Müğənni Tünzalə Ağayeva Yekaterinburqun paytaxtı olan Urala yollanıb. Bu haqda TrendLife-a müğənninin prodüseri Yalçın Cabbarov xəbər verib. Onun sözlərinə görə, müğənni fevralın 20-də "Kosmos" zalda konsert proqramı ilə çıxış edəcək. Bundan əlavə, yazın əvvəllərində Tünzalənin Bakıda da solo konserti planlaşdırılır.