...

"Popstar Alaturka"nın təşkilatçıları səhvlərini düzəldiblər – Kamal Cenk İçten

Cəmiyyət Materials 1 Fevral 2008 17:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 fevral /müx. TrendLife Günel Əhmədova/

Türkiyənin "Star" tele-kanalından yayımlanan "Popstar Alaturka"nın sonuncu buraxılışı barədə TrendLife məlumat vermişdi. Xatırladaq ki, iki azərbaycanlı iştirakçıdan biri artıq müsabiqəni tərk edib. Digəri - Aygün Şükürova isə, final mərhələ uğrunda yarışır. Lakin sözügedən iştirakçının ifası hər dəfə müxtəlif məqamları ilə yadda qalır. Onun səsləndirdiyi Cahangir Cahangirovun bəstəsi olan "Ay qız" mahnısının titrlərdə söz və musiqisinin erməni müəllifi kimi təqdim olunmasına ictimaiyyətin etirazı davam edir.

Xatırladaq ki, "Azəri star" yarışmasının iştirakçıları "Popstar Alaturka"ya türkiyəli Kamal Cenk İçtenin təşəbbüsü ilə göndərilib. Məlum məsələyə təsirinin olub-olmadığını öyrənmək üçün TrendLife-ın müxbiri onunla əlaqə yaratdı. Hazırda Türkiyədə olduğunu deyən Cenk İçten anlaşılmazlığa aydınlıq gətirildiyini söylədi:"Həmin anları mən zalda tamaşaçılar arasında izlədiyim üçün, titirləri aydın oxuya bilmirdim. Lakin yaxın dostumun sayəsində efir başa çatmamış məsələdən xəbər tutdum. Dərhal müsabiqənin təşkilat komitəsinə yazılı müraciət göndərdim. Anlaşılmazlığı aradan qaldıran təşkilatçılar əvvəlcə səhvlərini düzəldiblər, daha sonra efirdə üzr istəyiblər".

Məsələ gündəmə gələndən bəri bir çox mütəxəssislər mahnının musiqisinin Cahangir Cahangirova məxsus olduğunu söyləsələr də, söz müəllifinin adı bir neçə versiyada səslənirdi. Qeyd edək ki, mətbuatda gedən yazılarda Müəllif Hüquqları Agentliyinin şöbə müdiri Xudayət Həsənli mahnının sözlərinin Zeynal Cabbarzadəyə aid olduğunu araşdırma nəticəsində öyrəndiklərini bildirib. Bəzi mənbələrdə isə şeirin Baba Mirzəyevə məxsus olduğu deyilirdi. Lakin qurum rəsmiləri bunu təkzib ediblər.

Xəbər lenti

Xəbər lenti