...

Azərbaycanın hüquq müdafiəçiləri AŞPA-nın həmmərüzəçisi ilə birgə işgəncə faktlarının araşdırılması üzrə İşçi qrupun yaradılmasına dair razılığa gəliblər

Cəmiyyət Materials 4 Fevral 2008 15:10 (UTC +04:00)
Azərbaycanın hüquq müdafiəçiləri AŞPA-nın həmmərüzəçisi ilə birgə işgəncə faktlarının araşdırılması üzrə İşçi qrupun yaradılmasına dair razılığa gəliblər

Azərbaycan, Bakı, 04 fevral / Trend , müxbir K.Ramazanova / Azərbaycanın hüquq müdafiəçiləri Bakıda olan AŞPA-nın Azərbaycan üzrə həmmərüzəçisi Andres Herkellə birgə işgəncə faktlarının araşdırılması üzrə İşci qrupun yaradılmasına dair razılığa gəliblər. Bu barədə həmmərüzəçi ilə görüşdən sonra hüquq müdafiəçiləri Elçin Behbudov və Səidə Qocamanlı jurnalistlərə bildiriblər.

Qocamanlının sözlərinə görə, martın 13-də keçəcək AŞPA bürosunun növbəti iclasınadək Azərbaycan bu problemləri həll etməlidir.

Ötən il Azərbaycanda dörd nəfər işgəncənin qurbanı olub. Bu barədə İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin Avropa Şurasına, BMT-nin İşgəncələr üzrə Komissiyasına, İşgəncələrə Qarşı Dünya Təşkilatına, ATƏT və Azərbaycan hökumətinə təqdim olunan ilin yekun hesabatında bildirilib.

Komitənin sədri Elçin Behbudov bildirib ki, işgəncə nəticəsində ölənlərin çoxu - Müdafiə Nazirliyinin hərbi hissələrində qulluq edən əsgərlərdir.

Hesabatda qeyd edilir ki, ötən il 63 nəfər işgəncəyə məruz qalıb. Fiziki təzyiq faktlarının böyük hissəsi polis orqanlarında qeydə alınıb. Behbudovun sözlərinə görə, polis orqanlarında işgəncə ilkin araşdırmaların gedişatında saxlanılan şəxslərdən ifadə alınan zaman qeydə alınır.

Əvvəlki ilə nisbətən işgəncə faktları azalmayıb. Komitə sədri hesab edir ki, oxşar halların artmasının səbəbi günahkarların cəzasız qalmasıdır. O əlavə edib ki, fiziki təzyiq qeydə alınan orqanlarda rəhbərlər bu faktı gizlədirlər.

Xəbər lenti

Xəbər lenti