...

Azərbaycan yığmasının futbolçuları öz klublarına dönüblər

Cəmiyyət Materials 4 Fevral 2008 20:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 fevral/ Trend , müxbir Z.Səfərov/ Qazaxıstana qarşı yoldaşlıq görüşünə çağrılan Azərbaycan yığmasının futbolçuları öz klublarına geri dönüblər. Qazaxıstanla görüş heç-heçə başa çatıb.

Oyunun keçirilməsi üçün komandanın məşqçi qərargahı və AFFA əvvəlcə bir neçə Azərbaycan kollektivinin ölkə çempionatının ikinci dövrəsi ərəfəsində təlim-məşq toplantılarını keçirdikləri Antalyanı seçiblər. Bosfor sahillərində məşqlərini başa çatdıran və hazırda İspaniyada olan "Neftçi" istisna təşkil edir.

Bununla yanaşı, futbolçular Litvaya qarşı səfərdə keçəcək yoxlama oyununu nəzərə alaraq, martda yenidən toplaşacaqlar. Litva Avropa çempionatının ötən seçmə turnirində uğurla çıxış edib, səfərdə İtaliya ilə heç-heçə (1:1) oynayıb, Ukraynaya isə, qalib gəlib.

Xəbər lenti

Xəbər lenti