...

Bakı məktəblərində informatika müəllimləri çatışmır

Cəmiyyət Materials 5 Fevral 2008 16:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 fevral/ Trend , müxbir C. Babayeva / Bakının 120 məktəbində informatika müəllimi çatışmır. Bu barədə bu gün Bakııda jurnalistlərə Bakı şəhəri üzrə Təhsil İdarəsinin planlaşdırma və kadrların idarə olunması sektorunun müdiri Bəhmən Nabiyev məlumat verib.

Bu il Bakının bütün təhsil məktəblərində informasiya-kommunikasiya texnologiyalarının təminatı üzrə yeni mərhələ başlanır. Məktəblər vahid internet şəbəkəsinə qoşulacaq.

2008-ci ilin yanvar ayında İdarənin həyata keçirdiyi monitorinq nəticəsində, hazırda Bakı məktəblərində 33 min 491 müəllimin işlədiyi müəyyən olunub. Onlardan 88,8 faizi qadınlar, 11,2 faizi isə kişilərdir.

Nəbiyevin sözlərinə görə, Bakı məktəbləri üzrə direktorların 23 faizi pensiya həddindədirlər. Onlardan 45-i qadın, 25-i isə kişidir.

Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeçiliyində 691 təhsil müəssisəsi var. Onlardan 326 -sı ümumtəhsil məktəbidir.

Xəbər lenti

Xəbər lenti