...

Milli ədəbiyyat müsabiqəsinə start verilib

Cəmiyyət Materials 5 Fevral 2008 16:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 fevral /müx.TrendLife Fərid Sadıqov/

Azərbaycanda "Nəsimi" Milli Ədəbiyyat müsabiqəsinin keçirilməsinə start verilib. Müsabiqənin keçirilməsində məqsəd yeni istedadların, uğurlu bədii mətnlərin üzə çıxarılması, təbliği və dəyərləndirilməsi, eləcə də cari ildə çap olunmuş dəyərli əsərlərin qiymətləndirilməsidir. Bu ədəbi müsabiqənin təsisçiləri Azərbaycan Mədəniyyəti və Azərbaycan Ədəbiyyatı portallarıdır. Müsabiqənin Təşkilat komitəsindən Trendlife-a bildirilib ki, ədəbi yarış iki mərhələdə keçiriləcək. Fevral-may aylarını əhatə edəcək 1-ci mərhələyə indiyədək kitabı dərc olunmayan gənc müəlliflər, yeni imzalar qatıla bilər. Müsabiqə həm şeir, həm də hekayə nominasiyaları üzrə keçirilir. Hər iki nominasiyada I yerin sahibləri üçün təşkilatçılar tərəfindən şəxsi sayt yaradılacaq. Bu mərhələnin qalibləri mayın 28-də elan olunacaq.

Müsabiqənin ikinci mərhələsində isə, il boyu dərc olunan əsərlər, kitablar, tərcümələr dəyərləndiriləcək və onların arasından ən yaxşıları seçilərək mükafatlandırılacaq. Qaliblərə "Nəsimi" mükafatı və diplom təqdim ediləcək.

Xüsusi qeyd:

Xəbər lenti

Xəbər lenti