...

Müğənni Rahidənin arzusu ürəyində qaldı

Cəmiyyət Materials 29 Fevral 2008 11:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 fevral /müx. TrendLife Şahin Cavadsoy/

İllər öncə dillər əzbəri olmuş "Sən öyrətdin" hitinin ifaçısı müğənni Rahidə son günlər ruh düşkünlüyü yaşayır. Əhvalını korlayanlar isə piratlardır. Xəbəriniz olsun ki, sözügedən mahnını fərqli versiyada pərəstişkarlarına yeni albomunda təqdim etməyi düşünən müğənninin istəyi alınmadığından, o, özünə qapılıb . Elə TrendLife-a açıqlama verərkən də Rahidə bir xeyli şikayətləndi: "Neçə il idi ki, yaradıcılığımda durğunluq hökm sürürdü. Fevral ayının əvvəlindən başlayaraq prodüserim Pərvizlə fikirləşib belə qarar gəldik ki, layihə kimi musiqisi Teymurnaməyə aid olan "Sən öyrətdin"i yeni vesiyada dinləyicilərin ixtiyarına buraxaq. Lakin mahnı studiyadan köçürülərək bir anın içində həm internet saytlarında, həm də mobil telefonlarda yayıldı. Bunun kimlər tərəfindən həyata keçirildiyini bilməsək də, piratlarla mübarizədən geri çəkilmək fikrindən çox uzağam. Eyb etməz, onsuz da satışa çıxacaq yeni albomumda biri-birindən maraqlı mahnılar yer alacaq. Yəni daha piratlara imkan yaratmayacağam ki, onlar çəkdiyim zəhmətin hesabına öz ciblərini doldursunlar".

Xəbər lenti

Xəbər lenti