...

Azərbaycanda martda hava şəraiti dəyişkən olacaq

Cəmiyyət Materials 29 Fevral 2008 13:59 (UTC +04:00)
Azərbaycanda martda hava şəraiti dəyişkən olacaq

Azərbaycan, Bakı, 29 fevral / Trend , müxbir E.Hüseynli/ Azərbaycanda mart ayında keçid dövrünə xas olan hava şəraitində tez-tez dəyişiklik müşahidə olunacaq. "Martda nisbətən mülayim günlər soyuq atmosfer cəhətlərinin keçməsi ilə əlaqədar yağmurlu günlərlə əvəz olunacaq. Dağlıq və dağətəyi rayonlarda yağıntılar sulu qara və qara keçəcək" cümə günü Trend a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktor müavini Umayra Tağıyeva bildirib.

Ay ərzində ümumi temperatur rejiminin iqlim normasından bir qədər yüksək olacağı proqnozlaşdırılır.

Tağıyeva deyib ki, martın bəzi günlərində temperatur düşəcək, əsasən dağlıq və dağətəyi rayonlarda şaxtalar müşahidə olunacaq. Onun sözlərinə görə, hesabat dövründə Abşeron yarımadasında tez-tez şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Ayın ilk ongünlüyünün ortalarında qısamüddətli hava şəraitinin dəyişəcəyi, qeyri-sabit, yağıntılı keçəcəyi proqnozlaşdırılır.

Bakı və Abşeron yarımadasında orta aylıq temperatur 6-8 dərəcə isti olacaq, yağıntıların isə iqlim normasına yaxın olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti