...

Beş ölkənin şahmatçıları Prezident Kubokunda iştirak edəcəklər

Cəmiyyət Materials 4 Mart 2008 13:41 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , Z.Səfərov/ Şahmat üzrə növbəti Prezident Kuboku martın sonunda Bakıda keçiriləcək.

Trend in verdiyi məlumata görə, yarışda 10-12 idmançı iştirak edəcək. Lakin onların adları hələ tam olaraq müəyyən olunmayıb. Yalnız Azərbaycan şahmatçıları ilə bərabər baş mükafat uğrunda mübarizə aparacaq İran, Tükiyə, Rusiya və Gürcüstan idmançılarının yarışa maraq göstərdiyi məlumdur. Bununla yanaşı, lövhə sahibləri aparıcı qrossmeysterlərlə təmsil olunmayacaq. Çünki hazırda Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov və Vüqar Həşimov birinci mərhələsinə Bakıda start veriləcək Qran-Priyə hazırlaşırlar.

Qran-Pri iştirakçılarının heyəti yaxın günlərdə Beynəlxalq Şahmat Federasiyası tərəfindən təsdiq olunacaq.

Xəbər lenti

Xəbər lenti