...

Azərbaycan xokkeyçiləri Bakıdakı lisenziyalı turnirə hazırlaşır

Cəmiyyət Materials 11 Mart 2008 17:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 mart / Trend , müxbir Z.Səfərov/ Azərbaycanın qadınlardan ibarət otüstü yığma xokkey komandası lisenziyalı turnirin həlledici mərhələsinə qədəm qoyub.Turnir aprelin 12-də Bakıda start göturəcək.

Hazırda komanda təlim-məşq toplantıları keçirir. Məşqlər komandanın baş məşqçisinin asisstenti Zahid Əlirza tərəfindən keçirilir. Komandanın rəhbəri Tahir Zaman son günlər ailə vəziyyəti ilə əlaqədar Pakistanda idi və martın 11-də Bakıya qayıdıb. Komandanın birinci tərkibinə ehtiyatdan bir sıra oyunçular cəlb edilib ki, onlar artıq yüksək ixtisaslı turnirdə iştirak edəcəklər.

Altı yığmanın iştirakı ilə keçən turnirdə Pekinə yalnız bir vakansiya üzrə oyun keçiriləcək.

Xəbər lenti

Xəbər lenti