...

Gəncədə bayram münasibəti ilə əlillərə yardım verilib

Cəmiyyət Materials 20 Mart 2008 12:04 (UTC +04:00)

Azərbaycan, Gəncə , 20 mart/ Trend , müxbir V. Məmmədov/

Novruz Bayramı münasibətilə Gəncədə əlillərə pul yardımı verilib. Bu barədə məlumatı Trend -un bölgə müxbirinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Əlillərin Sosial Müdafiəsi Baş İdarəsinin Gəncə şəhərində yerləşən 8 saylı Zona Şöbəsinin müdiri Valeh Qədimov verib. Onun bildirdiiynə görə, Gəncə şəhərində 300, Daşkəsəndə 60, Xanlarda 60, Kəlbəcərdə 70 nəfər əlilin hər birinə 15 manat maddi yardım verilib. Yardımın ümumi məbləği 7350 manat təşkil edib.

Son bir neçə ildə Gəncədə 88 əlil evlə təmin olunub, 45 nəfərdən çox əlilə "OKA" markalı avtomobil verilib. 100 nəfərdən çox əlil işlə təmin olunub. Onlarla əlil respublikadan kənarda müalicə almağa göndərilib.

Xəbər lenti

Xəbər lenti