...

Vyanada Avropada təhsil alan azərbaycanlı tələbələrin Forumu keçiriləcək

Cəmiyyət Materials 23 Mart 2008 16:40 (UTC +04:00)
Vyanada Avropada təhsil alan azərbaycanlı tələbələrin Forumu keçiriləcək

Azərbaycan, Bakı, 23 mart / Trend / Martın 25-dən 26-na Vyana şəhərində Mərkəzi və Şərqi Avropada təhsil alan azərbaycanlı tələbələrin Forumu keçiriləcək. Polşadan Forumun iştrakçılarından birinin, Polşanın Elmlər Akademiyasının doktarantı Samir Səttarovun Trend a verdiyi məlumata əsasən, ikigünlük forumda muasir Azərbaycanın inkişafında gənclərin rolu, Azərbaycanın Avropaya inteqrasiyası, Erməni-Azərbaycan münaqişəsi, Avropa mədəniyyət və dinlərarası dialoqda azərbaycanlı gənclərin rolu mövzularında müzakirələr aparılacaq.

Səttarovun sözlərinə görə, tədbir "Azərbaycan Akademik Birliyi"nin təşkilatçılığı, Azərbaycanın İdman və gənclər nazirliyi və Azərbaycanın Avstriyadakı səfirliyinin dəstəyi ilə təşkil olunub. Forumun işinə almaniyadan, Avstriyadan, Slovakiyadan, Macarıstandan, Rumıniyadan, Bolqarıstandan, İtaliyadan və İsveçrədən azərbaycanlı tələbələr qatılacaq.

Azərbaycanı rəsmi şəxslərdən İdman və gənclər nazirinin müavini İntiqam Babayev, Azərbaycanın Avstriyadakı səfiri Fuad İsmayılov, Milli Məclisin bəzi deputatları təmsil edəcəklər. Tədbirdə, həmçinin Avstriya parlamenti Avstriya-Qafqaz və Orta Asiya işçi qrupunun rəhbəri Karl Öllinger və digər deputatlar iştrak edəcəklər.

Foruma Vyana konsert salonlarının birində "Azərbaycan gecəsi" ilə yekun vurulacaq. Gecədə tanınmış müğənni Zülfiyyə Xanbabayeva çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti