...

Azərbaycanlı bəstəkar "Sülh naminə YUNESKO-nun artisti" fəxri adına layiq görülüb

Cəmiyyət Materials 27 Mart 2008 13:44 (UTC +04:00)
Azərbaycanlı bəstəkar "Sülh naminə YUNESKO-nun artisti"  fəxri adına layiq görülüb

Azərbaycan, Bakı, 27 mart/ Trend müxbir S.Ağayeva/ Məşhur azərbaycanlı bəstəkar və pedaqoq Firəngiz Əlizadə "Sülh naminə YUNESKO-nun artisti" fəxri adına layiq görülüb.

YUNESKO-nun baş direktoru Koitiro Maçurra Firəngiz Əlizadəni "Sülh naminə YUNESKO-nun artisti" fəxri adına layiq görülməsi haqqında qərar qəbul edib və bu hadisəylə əlaqədar təntənəli mərasim aprelin 3-də YUNESKO-nun Parisdəki baş qərargahında baş tutacaq. Bu barədə Trend -a cümə axşamı YUNESKO-nun məlumat bürosundan bildiriblər.

Məlumatda deyilir ki, bu ad "yetim uşaqlar və yoxsul ailələrdən olan uşaqların musiqi təhsilinə verdiyi töhfə, həmçinin YUNESKO-nun sülh ideallarının və qeyri-zorakılığın təbliği və təşkilatın bu məsələ ilə əlaqədar prinsip və vəzifələrinin müdafiə edilməsində" onun xidmətlərinin tanınmasıdır.

Diplomlu pianoçu Firəngiz Əlizadə öz yaradıcılığında müasir musiqi və 2003-cü ildə YUNESKO tərəfindən insanlığın şifahi və qeyri-maddi irsi elan edilmiş ənənəvi muqab musiqi stilini birləşdirən məşhur bəstəkardır. Bakıda anadan olmuş Firəngiz Əlizadənin repertuarına Olivye Messian, Con Keyc və Corc Krambanın da əsərləri daxildir. Onun öz yaradıcılıq əsərləri dünyanın ən müxtəlif ölkələrində festival və konsertlərdə ifa edilir. "Kronos Kvartet" (San-Fransisko) onun əsərlərini kompakt-diskə yazıb.

Yaxın iki ildə Firəngiz Əlizadə YUNESKO-nun musiqi təhsilinə həsr edilmiş proqramlarında iştirak edəcək.

YUNESKO-nun sülh naminə artistləri öz nüfuzları və reputasiyaları ilə YUNESKO ideallarının təbliğinə xidmət edən məşhur yaradıcı xadimlərdir. Bura musiqiçi Manyu Dibanqo (Kamerun), aktrisa Patrisiya Velaskes (Venesuela), mədəniyyət naziri olmuş musiqiçi Cilberto Cil (Braziliya), balerina Miyako Yoşida (Yaponiya), soprano Sumi Jo (Koreya Respublikası), ifaçı və Gypsy Kings qrupunun yaradacısı Şiko Buşiki (Fransa), həmçinin dirijor Valeriy Gergiyev (Rusiya) daxildir.

Xəbər lenti

Xəbər lenti