...

Mən doğum günümü iki dəfə qeyd etməyə məcburam -Xalq artisti Firəngiz Mütəllimova

Cəmiyyət Materials 3 Aprel 2008 17:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 aprel /müx. TrendLife Safura/

Aprelin üçündə xalq artisti Firəngiz Mütəllimova ad gününü qeyd edir. Firəngiz xanımın doğum gününün may ayının birində olduğunu deyənlər də var. Xalq artisti bu qaranlıqlara aydınlıq gətirmək üçün TrendLife müxbirinə müraciət etdi:

"Mən ildə iki dəfə ad günümü qeyd edirəm. Aprelin üçü mənim həqiqi doğum günümdür. Lakin doğum şəhadətnaməmdə təvəllüdüm may ayının biri qeyd edilib. Əvvəllər may ayının birində Beynəlxalq zəhmətkeşlər günü qeyd olunurdu; nümayişkeçirilirdi, böyük bayram olurdu. Mənim atam may ayının birində şəhadətnamə yazdırmağa gedəndə, orada deyiblər ki, gəlin qızınızın doğum gününü elə bu günə yazaq. Qoy bayram günü olsun. Bax beləcə, mən ad günümü iki dəfə qeyd edirəm"

Artıq üçüncü- dördüncü sinifdə oxuyanda aktrisa olacağını qət edən Firəngiz xanım ilk dəfə 1980-ci il oktyabrın dördündə Akademik Milli Dram tearının səhnəsinə çıxıb. Elə bu günə qədər də bu teatra sadiq qalıb. Aktrisa tarixi obrazlar yaratmaq arzusu ilə yaşayır.

Xəbər lenti

Xəbər lenti