...

Güləşçi Rövşən Bayramov yenidən Avropa çempionu oldu

Cəmiyyət Materials 6 Aprel 2008 02:54 (UTC +04:00)
Güləşçi Rövşən Bayramov yenidən Avropa çempionu oldu

Azərbaycan, Bakı, 5 aprel / Trend müxbir Z.Səfərov/ Yunan-Roma güləşçisi Rövşən Bayramov ( 55 kq) Avropa çempionu titulunu qoruyub saxlaya bilib.

Trend in xəbərinə görə, finalda həmyerlimiz erməni Roman Amoyan üzərində qələbə qazanıb. İlk hissəni Amoyan udsa da (2:0), sonradan Rövşən görüşün taleyini öz xeyrinə həll edə bilib (4:0). Eyni hesabla güləşçimiz üçüncü hissəni də udub. Beləliklə Rövşən yüksək titulunu qoruyub və üstəlik Pekin Olimpiadasına lisenzyia da qazanıb.

Digər güləşçimiz, Hüsəməddin Rəcəbov ( 66 kq) da mükafat qazanmaq imkanına malik idi. Lakin idmançımız 1/4 finalda Armen Vardanyana məğlub olub. Hüsəməddin təsəlliverici görüşdə gürcü Muxran Maçutadzeni də məğlub edə bilməyib.

Xəbər lenti

Xəbər lenti