...

Azərbaycan gimnastı Aliyə Qarayeva Brnodakı Qran-Pridə gümüş və bürünc medal qazanıb

Cəmiyyət Materials 7 Aprel 2008 16:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 aprel / Trend , Z.Səfərov/ Çexiyanın Brno şəhərində keçirilən idmanın müxtəlif növləri üzrə yarışın finalında bədii gimnastika üzrə Qran-Prinin üçüncü mərhələsi başa çatıb.

Azərbaycan gimnastı Aliyə Qarayeva gümüş medala (72.075 ball) müxtəlif növlər üzrə daha bir "bürünc" medal əlavə edib.

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, onun ən yaxşı nəticəsi halqa ilə finalda göstərdiyi çıxışı olub ki, Qrayeva18,15 ball yığaraq, üçüncü yeri tutub. Digər finallarda Qarayeva iki dəfə ip və lentlə beşinci yeri qazanıb, eləcə də gürzlə altıncı yerin sahibi olub.

" Turnirin ilk günü qazandığım "gümüş" mənə finalda daha əzmli olmağa kömək etdi, burda mən bürünc mükafat əldə edə bildim. Ona görə də mən Qran-Pridə iki rusiyalı -- Olqa Kapranova və Marina Şpextdən sonra, halqa ilə üçüncü yerimi qiymətləndirirəm" -deyə Azərbaycan gimnastı bildirib.

Ölkənin digər gimnastı Anna Qurbanova da Qran-Pri mükafatçı ola bilib. Ancaq ona yarım bal çatmayıb ki, Kapranovanı qabaqlayıb, lent ilə məşğələdə dördüncü yerə sahib olsun. (17.325) Digər finallarda o, bu yerləri tutub:gürzlə beşinci, halqa ilə altıncı və iplə səkkizinci yer.

Qarayeva və Qurbanov üçün növbəti yarışma arprelin 12-13-də Sloveniyada keçiriləcək Dünya Kuboku mərhələsidir. Bu tarixlərdə Yunanıstanın Kalamat şəhərində beynəlxalq turnir keçiriləcək ki, orada Azərbaycanı Zeynəb Gavadlı təmsil edəcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti