...

Elton hesabat konsertindən 5 qiyməti aldı – xalq artisti Teymur Göyçayev

Cəmiyyət Materials 11 Aprel 2008 16:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 aprel /müx.TrendLife Şahin Cavadsoy/

Dünən "Muğam Tetarı"nda gənc müğənni Eton Hüseynəliyev ilk solo konserti ilə çıxış etdi. "ETA production"ın təşkilatçılığı ilə keçən konsertdə müğənini xalq artisti Teymur Göyçayevin rəhbərlik etdiyii Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri müşaiyət edirdi. Tədbirə aparıcılıq edən əməkdar incəsənət xadimi, "Muğam Teatrı"nın rəhbəri Arif Qazıyev ilk olaraq konsertin məramı barəsində qonaqları məlumatlandırdı. Səhnə araxasında isə Elton çox həyəcanlı görünürdü. Bütün bunlara baxmayaq, onun konsertöncəsi təəssüratlarını öyrənməyə müvəffəq olduq: "Yaşadığım həyəcanı sözlə ifadə etmək çox çətindir. İfa edəcəyim mahnıları məşq edirəm. Digər tərəfdən, qonaqların gəlib-gəlmədiyini düşünürəm. Əminəm ki, konsert düşündüyümdən də uğurlu keçəcək".

Konsertdə səslənən ilk musiqi Vasif Adıgözəlovun, Rəsul Rzanın sözlərinə yazdığı "Bakı" mahnısı oldu. Deyək ki, müğənni 10 klassik əsərin yer aldığı proqramına məhz "Bakı" adını vermişdi. Repertuara daxil edilən digər əsərlər isə bunlar idi: "Gülərəm gülsən"(söz.-Məmməd Səid Ordubadi, muss.- Fikrət Əmirov), "Aylı gecə"(söz.-İslam Səfərli, mus.-Cahangir Cahangirov), "Aldatmayaq bir-birimizi"(söz.-Zivər Ağayeva, muss.-Hacı Xanməmmədov), "Vətən"(söz.-Süleyman Rüstəm, muss.-Niyazi), "Oxu bülbül"(söz.-İsgəndər Coşqun, muss.-Ramiz Mirişli), "Yaşıl ada"(söz.-Vaqif Səmədoğlu, muss.-Emin Sabitoğlu), "Alagöz"(söz.-Zeynal Cabbarzadə, muss.-Səid Rüstəmov), "Sevgilim"(Zeynal Cabbarzadə, Tofiq Quliyev) və "Azərbaycan"(Emin Sabitoğlu).

Xüsusilə vurğulamaq istərdik ki, pedaqoq-müğənni Teymur Əmrah konsertin musiqi rəhbəri idi. Teymur müəllimin təbirincə desək, bu ,ciddi konsert idi.Və həm də çox uğurla keçən bir konsert.

Bir az da tədbirə gələn qonaqlar barəsində məlumat verək. Xalq artistləri- Flora Kərimova, Canəli Əkbərov, Telman Adıgözəlov, kinorejissorlar - Eldar Quliyev, Oqtay Mirqasımov, akademik Bəkir Nəbiyev, Paşa Qəlbinur və başqa tanınmış simaların cəm olduğu musiqi axşamında bütün xoş sözlər Eltonun şəninə söyləndi. Təxminən saatyarım davam edən konsertin sonunda xalq artisti Teymur Göyçayev fikirlərini TrendLife-la bölüşdü: "Kamera Orkestrinin müşayiəti ilə bu vaxta qədər bir çox müğənnilər çıxış ediblər. Ancaq səmimiyyətlə deyirəm ki, Elton hesabat konsertindən 5 qiyməti aldı. Seçilmiş musiqilər onun ifaçında daha fərqli formada səsləndi. Bir daha onu orkestrin bütün üzvlərinin adından təbrik edirəm".

Əgər siz bu konsertdə iştirak etmək şansını qaçırdınızsa, heç də peşman olmayın. Çünki, tədbirin təşkilatçısı - "ETA production"ın icraçı direktoru Anar Mədətov verdiyi məlumatda bildirdi ki, yaxın günlərdə "Bakı"adlı konsertin video versiyası DVD formasında tamaşaçıların ixtiyarına təqdim olunacaq.

Sonda ilk konserti münasibəti ilə biz də Elton Hüseynəliyevə ünvanlanan təbriklərə qoşulub, ona daha böyük nailiyyətlər arzulayırıq.

Xəbər lenti

Xəbər lenti