Azərbaycan, Bakı, 19 aprel / Trend , müxbir Z.Səfərov/ FİDE prezidenti Kirsan İlümjanov aprelin 21-də Bakıya gələcək. Trend in məlumatına görə, Beynəlxalq Federasiyanın prezidenti yaxın iki həftə ərzində Azərbaycanda keçiriləcək FİDE-nin Qran-Prinin ilkin mərhələsinin birinci turunda iştirak edəcək. Bununla yanaşı, əvvəllər də respublikaya bir neçə dəfə səfər etmiş İlümjanov keçən ilin sentyabrında qadınlardan ibarət beynəlxalq turnirin açılışından ötrü paytaxta gəlmək niyyətində idi. Lakin səhhətində olan problemlərə görə səfəri təxirə salmağa məcbur olub. Ancaq indi İlümjanova yarışa gəlmək üçün heç nə mane olmamalıdır.
Xatırladaq ki, Qran-Prinin altı mərhələsindən sonra qalib gələn şəxs Dünya Kuboku - 2009 mükafatçısı ilə oynayacaq və dünya "şahmat tacı"nı əldə etmək şansı qazanacaq.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: trend @trend.az