...

Nə qədər ki, varam, bayağı mahnılardan uzaq olacağam-müğənni Nurcan

Cəmiyyət Materials 21 Aprel 2008 16:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 aprel /müx.TrendLife Şahin Cavadsoy/

Çoxdandır gözlərdən uzaq düşmüş müğənni Nurcan həvəsdi-bəsdi deyib, yenidən səhnəyə qayıdır. Amma bu dəfə tamam fərqli imicdən çıxış edərək: "Yeni layihə, yeni mahnılar, bir sözlə özüməməxsus imiclə pərəstişkarlarımı sevindirmək istəyirəm. Sənətimə qiymət verməyi bacaran tamaşaçılarıma məlumdur ki, hər yeniliyin ardınca qaçmıram. Yəqin buna görə də gündəmdən xeyli uzaq idim. Amma indi də bu fikrimi təkrarlayıram - nə qədər ki, varam, bayağı mahnılardan uzaq olacağam".

Nurcanı düşündürən digər məqam isə sənətçi həmkarlarının onun qayıdışına olacaq münasibəti ilə bağlıdır: "Sənəndə olan həmkarlarım məni danlayırlar ki, niyə görə çəkilmişəm bir kənara. Hamı deyir ay Nurcan, nə səbəbdən yoxsan? Çox maraqlıdır, sənətə qayıtdıqdan sonra dostlarım məni necə qarşılayacaq? Əminəm ki, onlar səmimi qəlbdən "xoşgəlmisən" söyləyib, məndən öz dəstəklərini əsirgəməyəcəklər".

Xəbər lenti

Xəbər lenti