...

Qabırğamı çıxartmağı ağlımdan belə keçirmirəm –müğənni Səbinə İlyasova

Cəmiyyət Materials 24 Aprel 2008 15:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 aprel /müx.TrendLife Şahin Cavadsoy/

Zövqlərin dəyişməsi, xüsusilə xanım müğənniləri plastik cərrahların bıçağına könüllü ehtiyac duymasını artırıb. Yerli şou-biznesdə çox az tanınmış sima tapılar ki, xarici görkəmi ilə əlaqədar bu işlə məşğul olan həkimlərin qapısını döyməsin. Müğənni Səbinə İlyasova, hələ bədəninin hansısa hissəsində əməliyyat keçirməsə də heç bunun əleyhinə də çıxmır: "Fikrimcə qadın hər yaşda gözəldir. Gözəlliyin ən birinci sirri isə insanın ürəyinin saf olmasıyla bağlıdır. Cazibəni itirmək istəmirsənsə, mütləq kiməsə qarşı kin saxlamamalısan. Digər tərəfdən özümü gözəl saymıram. Lakin effektli xanımam. Bunu əminliklə deyə bilərəm. Plastik əməliyyata gəlincə, bu barədə düşüncələrim çox sağlamdır. Fərqi yoxdur kişi və ya qadın plastik əməliyyata ehtiyac duyursa, nəyə görə bu istəyini həyata keçirməməlidir? Amma bu işdə adamın bəxti gətirməlidir. Elələri olur ki, əməliyyat keçirdikdən sonra, daha da öz görkəmini korlayır. Əgər qərar verib cərrah stoluna uzanacaqsansa, mütləq bunu peşəkarların həyata keirməsinə çalışmalısan".

TrendLife-ın formada qalmaqdan ötrü qabırğanızı çıxarmısınız sualını eşidən zaman, Səbinə xanım əsəblərinə hakim ola bilmədi: "Allah eləməsin. Bu nə sualdır mənə verirsiniz? Qabırğamı çıxartmağı ağlımdan belə keçirmirəm. Düzdür, bəzi bədən üzvlərim hərdən məni kompleksə salır. Bu demək deyil ki, tezliklə plastik cərraha müraciət edəcəyəm. Fikrimdə var ki, yaxın zamanlarda Türkiyədə kosmetik cərrahi əməliyyat keçirim. Ancaq hələ ki pəhriz saxlamaqla bu niyyətimi bilərəkdən gecikdirirəm".

Xəbər lenti

Xəbər lenti