...

Azərbaycanın hakim partiyasının nümayəndəsi müxalifət qəzetini məhkəməyə verəcək

Cəmiyyət Materials 29 Aprel 2008 14:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 aprel / " müxbir İ. Əlizadə, M. Əliyev/ Hakim Yeni Azərbaycan Partiyasının nümayəndəsi, parlament deputatı Əhəd Əbiyev müsahibəsi təhrif olunduğuna görə, "Yeni Müsavat" müxalifət qəzetini məhkəməyə vermək barədə düşünür.

Deputatın sözlərinə görə, çərşənbə axşamı qəzetdə nəşr olunan müsahibədə məlumat verilib ki, guya Əbiyev özünün kürd mənşəli olması barədə bildirib. "Lakin mən müsahibədə bildirmişəm ki, Azərbaycanda müxtəlif millətlərin, o cümlədən kürd və ləzgilərin nümayəndələri var və biz hamımız qardaş kimi yaşayırıq", - deyə Əbiyev vurğulayıb.

Əbiyev qeyd edib ki, müxalifət prezident seçkiləri öncəsi vəziyyəti gərginləşdirmək üçün Azərbaycanda təxribat hazırlayır.

Deputat qəzetdən həmin məlumatı təkzib etməyi tələb edir.

Xəbər lenti

Xəbər lenti