...

"İnterfaks-Azərbaycan" ölkəmiz haqqında etibarlı, yoxlanılmış və obyektiv informasiya mənbəyinə çevrilib - prezident İlham Əliyev

Cəmiyyət Materials 1 May 2008 13:32 (UTC +04:00)
"İnterfaks-Azərbaycan" ölkəmiz haqqında etibarlı, yoxlanılmış və obyektiv informasiya mənbəyinə çevrilib - prezident İlham Əliyev

Azərbaycan, Bakı, 01 may / " müxbir C.Babayeva/ "İnterfaks-Azərbaycan" informasiya agentliyi aparıcı milli kütləvi informasiya vasitəsi olmaqla yanaşı, həm də ölkəmiz haqqında etibarlı, yoxlanılmış və obyektiv informasiya mənbəyinə çevrilib. Bu barədə agentliyin 5 illik yubileyi münasibətilə Azərbaycan prezidenti İlham Əliyevin təbrik məktubunda bildirilir.

"Dünyanın müxtəlif ölkələri Azərbaycan, iqtisadi inkişafımız, dövlətimizin müdafiə qabiliyyətinin möhkəmlənməsi, Azərbaycan rəhbərliyinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətindəki səyləri barədə və digər məlumatları "İnterfaks"ın kanalları vasitəsilə əldə edir" - dövlət başçısının təbrik məktubunda qeyd edilir.

Prezident agentliyin fəaliyyətinin bundan sonra da Azərbaycan xalqına, Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə və ölkədə baş verən proseslər barədə həqiqətlərin yayılmasına xidmət edəcəyinə əminliyini bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: trend

Xəbər lenti

Xəbər lenti