...

Ötən ay Azərbaycanda jurnalistlərlə bağlı 72 hadisə qeydə alınıb – Monitorinq

Cəmiyyət Materials 1 May 2008 16:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 may / Trend , müxbir S.İlhamqızı/ Azərbaycanda söz və mətbuat azadlığı sahəsində vəziyyətlə bağlı monitorinqin nəticələrinə görə, aprel ayında jurnalistlərlə əlaqədar 72 fakt qeydə alınıb. Bu barədə Demokratik Jurnalistlər Liqasının həyata keçirdiyi media problemlərinin monitorinqi layihəsi çərçivəsində, aprel ayına olan hesabatda deyilir.

Aprel ayı ərzində "Azərbaycan" nəşriyyatının direktoru Ağabəy Əsgərov Nərimanov Rayon Məhkəməsində "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallıya qarşı Cinayət Məcəlləsinin 147.1 (böhtan), 148.2 -ci (təhqir) maddəsi ilə cinayət işi başlanması tələbi ilə iddia qaldırıb.

Ötən ay "Azadlıq" qəzetinin müxbiri Aqil Xəlil Az TV, "Space", ATV və "Lider" telekanallarına qarşı məhkəmə iddiası qaldırıb, bu kanalların onun barəsində istintaq süjetlərini nümayiş etdirməkdə günahlandırıb və süjetlərdə şərəf və ləyaqətinin təhqir olunduğunu bildirib.

2 KİV əməkdaşı Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İstintaq İdarəsində ifadə verib.

Cinayət Məcəlləsinin 311.1 (rüşvət alma) maddəsi ilə günahlandırılaraq Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilmiş "Bizim yol" qəzetinin əməkdaşı Müşfiq Hüseynovun verdiyi apellyasiya şikayəti qismən təmin edilib və cəzası 5 ilə endirilib.

Aprel ayı ərzində 3 KİV-in 4 əməkdaşı telefonda ölümlə hədələnib.

4 gün Bakı Baş Polis İdarəsi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin küçələrəində, avtobus dayanacaqlarında səyyar qəzet satışına qadağa goyulub.

Apreldə 21 nəfər KİV əməkdaşı aclıq aksiyası keçirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti