...

Rusiyada yaşayan azərbaycanlıların statusu son illər yaxşılığa doğru çox dəyişib – ÜAK-ın vitse-prezidenti

Cəmiyyət Materials 9 May 2008 16:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 may / " / Rusiyada yaşayan azərbaycanlıların statusu son illər yaxşılığa doğru çox dəyişib. Bu barədə Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) vitse-prezidenti Araz Ağalarov bildirib.

"Rusiyadakı vəziyyət orada yaşayan azərbaycanlılar üçün son zamanlar əlverişli olub və bunda Azərbaycan diasporunun böyük rolu var", - deyə şənbə günü Ağalarov Bakıda Azərbaycanın sabiq prezidenti Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş konqresin numayəndələri ilə görüşdə bildirib.

O hesab edir ki, məhz ÜAK vasitəsi ilə rusiyalıların azərbaycanlılara qarşı münasibəti qəti şəkildə dəyişir. Azərbaycanın Rusiydakı diasporu bütün dünyada olduğu kimi, son illər sürətlə inkişaf edir və Azərbaycan haqqında uzun illər ərzində yaranmış stereotip dəyişir.

"Gələcəkdə də Rusiya hakimiyyətinin azərbaycanlılara qarşı münasibəti olduğu kimi qalacaq", -deyə o bildirib.

ÜAK-ın vitse-prezidenti qeyd edib ki, Konqres Rusiya hakimiyyəti ilə azərbaycanlılar arasında dialoq üçün bir növ meydançadır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : trend

Xəbər lenti

Xəbər lenti