...

Azərbaycanın otüstü hokkey klublarının əldə etdikləri nəticələr böyük uğurdur – baş katib

Cəmiyyət Materials 15 May 2008 12:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 may / Trend , müxbir R.Ergün/ Azərbaycanın otüstü hokkey üzrə qadınlardan və kişilərdən ibarət "Atasport" klublarının Avropa miqyaslı yarışlarda əldə etdikləri nəticələri uğurlu saymaq olar. "Kişilərdən ibarət "Atasport" klubunun "Çelens" turnirinin 2-ci divizionuna vəsiqə qazanması böyük uğurdur. Bu uğurdan sonra kişi otüstü hokkeyçilərimiz Avropanın 40 ən güclü komandası sırasında yer alırlar", cümə axşamı Trend a Azərbaycan Otüstü Hokkey Federasiyasının (AOHF) baş katibi Adil Paşayev bildirib.

Azərbaycanın kişilərdən ibarət otüstü hokkey klubu "Atasport" Slovakiyada keçirilən "Çelens" turnirində Finlandiya, Macarıstan, Sloveniya və Malta klublarını məğlub edib. Bu uğurdan sonra "Atasport" "Çelens" turnirinin 2-ci divizionuna vəsiqə qazanıb.

Paşayev bildirib ki, Almaniyada keçirilən otüstü hokkey üzrə Avropa Çempionlar Kubokunda növbəti mərhələyə adlaya bilməyən qadınlardan ibarət "Atasport" klubunun çıxışını yüksək qiymətləndirmək lazımdır. "Bu yarışda iştirak etmək özü də böyük uğurdur. Bizim qadın hokkeyçilərimiz hazırda Avropada 4-cü yerdə qərarlaşıb" - deyə baş katib əlavə edib.

Azərbaycanın 21 yaşına qədər qızlardan ibarət otüstü hokkey yığması iyunun 20-21 aralığında Avstriyanın Vyana şəhərində keçiriləcək beynəlxalq dərəcəli yarışda iştirak edəcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti