Azərbaycan, Bakı, 26 may /müx.TrendLife Şahin Cavadsoy/
Amerikanın "Milestoun music" musiqi şirkəti ilə müqavilə bağlamasına baxmayaraq hələ də paytaxtda yaradıcılığını
davam etdirən müğənni Xatundan yeni xəbər var. Sənətçinin TrendLife-a verdiyi açıqlamaya görə, o, çox yaxın günlərdə bu yayın ən hit bəstəsini dinləyicilərin ixtiyarına buraxacaq: "Mən gəldim" adlanan mahnının musiqisi Azər Nəsibova aiddir. Sözlərin kimə məxsus olduğunu hələ açıqlamaq istəmirəm, hələlik sirr qalsın. Sadəcə bir şeyi vurğulamaq yerinə düşərdi ki, mahnı ortalığa çıxandan sonra yeni bir bomba partlayacaq və bu hitlə bütün rəqiblərimə meydan oxuyacağam. Mahnıya klip çəkdirmək üçün rejissor axtarışındayam".
Hazırlanan bəstənin dolayısıyla yerli şou-biznesdən bəhs edəcəyini söyləyən Xatun, okeanın o tayına gedib-getməyəcəyinə belə aydınlıq gətirdi: "Qoy bədxahlarım ürəklərini buz kimi saxlasınlar. Xatun hələ Bakıdadır və işlərini burada davam etdirir. Bəli "Milestoun music" lə bağladığımız müqavilə hələ də öz aktuallığını itirməyib. Yəqin ki, Amerikaya səfərim avqust ayında reallaşacaq".