Azərbaycan, Bakı, 26 may /müx. TrendLife Safura/
Müğənni Rahidə Baxışova xanəndə Mansur İbrahimovdan muğam dərsləri alır. Müğənnin TrendLife-a verdiyi xəbərə görə, bu yaxınlarda tamaşaçıların önündə muğam ifa edəcək. Buna görə də durmadan hazırlaşır. "Yeni layihəm estrada bir çox müğənniləri kölgədə qoyacaq. Bəziləri muğamdan dərslər alıram desələrdə, çoxları dərsləri buraxırlar"-deyə o, bildirib.
Bununla əlaqədar Mansur İbrahimovla da əlaqə saxladıq. O, həqiqətəndə Rahidə Baxışovanın ondan muğam dərslərinin almasını təsdiqlədi. "O, çox diqqətli qızdır. Çox güman ki, gələcəkdə ondan gözəl muğam ifaçısı çıxacaq. Bu gün çoxları muğama müraciət edirlər. Əlbəttə hər kəs muğamın tarixini bilməlidir. Amma hər kəs xanəndə ola bilməz"-deyən M. İbrahimov həmişə istedadlı gəncləri dəstəklədiyini də vurğuladı. .