...

Mən hər gün Samir Cavadzadə ilə telefonla danışırdım-müğənni Röya

Cəmiyyət Materials 26 May 2008 16:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 may /müx. TrendLife Fəridə Məhərrəmqızı/

"Eurovision-2008" müsabiqəsinin finalı əlbətdəki uzun müddət tamaşaçıların yaddaşlarından silinməyəcək. Azərbaycanın 8-ci yer tutması, bayrağımızın dalğalanması hər kəsi sevindirdi. Elnur və Samir cütlüyünün göstərdiyi performans və ən əsası oradakı çıxışları, heç bir dövlətin təmsilçiləri ilə müqayisə olunmurdu . Bəs, görəsən Samirin ən yaxın dostu müğənni Röya, onun Elnurla etdiyi çıxışı necə qiymətləndirir. TrendLife bu sualla Röyaya müraciət etmək istəsə də müğənnin burada olmadığından sualı onun prodüseri Kənan cavablandırdı. "Röya xanım, həmişə "Eurovision"-a Samir Cavadzadəni getməyi layiq görürdü. Çünki o, həqiqətən də həm səhnə görünüşü, həm də oxumağı ilə hər kəsdən fərqlənir. Belə də oldu. Hər gün Samir və Elnurla telefonla danışıb, onlara dəstək olurdu. O, son günə qədər maraqlı duetin çıxışlarını müsbət dəyərləndirirdi. Çünki ilk dəfə üçün bu çıxış çox müsbət təsir bağışladı. Əsas odur ki, üçrəngli bayrağımız orada Belqrad arenasında dalğalanırdı. Bizi dəstəkləyən hər kəsə öz dərin minnətdarlığımızı bildiririk. İnşallah, gün gələr bizdə birincilər sırasında olarıq".

Xəbər lenti

Xəbər lenti