...

İtaliyanın "Udineze" klubu azərbaycanlı futbolçu qarşısında tələb qoyub

Cəmiyyət Materials 26 May 2008 17:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 may / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Neftçi" futbol klubunun oyunçusu Araz Abdullayev İtaliyanın "Udineze" komandasında çıxış etmək üçün bəzi tələbləri yerinə yetirməlidir. Bu barədə bazar ertəsi Trend -a "Neftçi" klubunun vitse-prezidenti Ramin Musayev məlumat verib.

İtaliyanın A seriyasında çıxış edən "Udineze" klubu azərbaycanlı futbolçunun qarışısına əsas tələb kimi, italyan və ingilis dillərindən birini öyrənməyi qoyub.

Abdullayev "Neftçi" klubunun ikinci komandası olan "Neftçi-2"nin yetirməsidir. 16 yaşlı futbolçu Azərbaycanın 17 yaşlılardan ibarət yığma komandasının da formasını geyir. O, cinah yarımmüdafiəçisi mövqeyində çıxış edir.

"Udineze" klubunda baxışdan keçən azərbaycanlı futbolçu İtaliyaya növbəti dəfə bu ilin avqustunda yola düşəcək. Musayevin bildirdiyinə görə, yeniyetmə futbolçunun "Udineze" ilə müqavilə bağlamaq şansı çoxdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti