...

Emin Mirabddulayev "Bankir adaxlı"nı ekranlaşdırır

Cəmiyyət Materials 27 May 2008 16:20 (UTC +04:00)

Azərbacan, Bakı, 27 may /müx. TrendLife Günel Əhmədova

Kinorejissorluq təcrübəsini artıran Emin Mirabdullayev komediya janrında yazılan əsərə ekran həyatı verir. Rejissor eksklüziv olaraq TrendLife-a bildirib ki, Tamara Vəliyevanın pyesinin motivləri əsasında ekranlaşdırılan bəddi film "Bankir adaxlı" adlanır.

Bir neçə il öncə Musiqili Komediya Teatrında səhnələşdirilən və xalq artistləri Afaq Bəşirqızı, Hacıbaba Bağırovun iştirakı ilə uzun illər repertuardan düşməyən eyniadlı əsər üzərində hazırda böyük kino qruppası işləyir. Emin Mirabdullayevin fikrincə, teatr səhnəsi ilə kino görüntüləri arasında fərq istisna edilmir. Lakin o, bunu təqdimat zamanı tamaşaçıların dilindən eşitməyi daha vacib hesab etdi. "Bankir adaxlı"nın hazırlıqlar barədə ətraflı danışan rejissoru bunları söylədi:

"Bu sırf mənim ideyam deyil. Sənətə xidmət edən və adını hələ açıqlamaq istəmədiyim şəxslər belə bir ideya ilə mənə müraciət etdilər. Hazırda kinoplyonkaya çəkiləcək bəddi filmin bu və ya digər smmeta xərcləri hesablanır. Yaxın günlərdə flimin çəkilişinə start veriləcək".

Söhbət zamanı bəlli oldu ki, filmdəki aktyor heyətinin bir neçəsini teatr variantını canlandıran aktyorlar oynayacaqlar. Emin Mirabdullayevin əlavəsinə görə, baş rollar Afaq Bəşirqızı və Siyavuş Aslana həvalə olunub. Eyni zamanda ekran işində səhnədə sözünü demiş bir çox peşəkar qrup yer alacaq. Emin Mirabdullayev aktyorların paytaxt teatrlarından seçildiyini diqqətə çatdırdı. Əlavə edək ki, Afaq xanımın qızlarından birini Akademik Milli Dram Teatrının aktirsası Münəvvər Əliyeva oynayacaq.

Xəbər lenti

Xəbər lenti