...

Azərbaycanın stend atıcıları dünya kubokunda iştirak edəcəklər

Cəmiyyət Materials 2 İyun 2008 14:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 iyun / Trend , müxbir R.Ergün/ Azərbaycanın stend atıcılığı üzrə yığma komandasının üzvləri 3-14 iyun aralığında Almaniyanın Zühl və 14-23 iyun aralığında Serbiyanın paytaxtı Belqrad şəhərində keçiriləcək dünya kubokunda iştirak edəcəklər. Bu barədə bazar ertəsi Trend -a Azərbaycan Gənclər və İdman Nazirliyinin (AGİN) mətbuat xidməti məlumat verib.

Azərbaycanı stend atıcılığı üzrə dünya kubokunda Zemfira Mehtahəddinova və Elçin Cəfərov təmsil edəcək. Hər iki idmançı yayda keçiriləcək Pekin Olimpiadasına lisenziya qazanıb.

Azərbaycanlı idmançılar dünya kubokunun oyunlarına baş məşqçi Hafiz Cəfərovun rəhbərliyi altında qatılacaqlar.

Xəbər lenti

Xəbər lenti