...

Türkiyə yığma komandası futbol üzrə Avropa çempionatında vacib qələbə qazanıb

Cəmiyyət Materials 12 İyun 2008 10:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 iyun / Trend , müxbir R.Ergün/ Futbol üzrə Avropa çempionatında mübarizə aparan Türkiyənin futbol üzrə yığma komandası ilk qələbəsini İsveçrə komandası üzərində qazanıb. Dünən gecə keçirilən oyunda Türkiyə millisi rəqibini görüşün sonlarına yaxın vurduğu qollarla 2:1 hesabı ilə məğlub edib.

Oyunda ilk qolu İsveçrə yığma komandasının üzvü olan Hakan Yakın 32-ci dəqiqədə vurub. Türkiyə millisinin baş məşqçisi Fatih Terimin ikinci hissədə meydana buraxdığı Semih Şəntürk 57-ci dəqiqədə bərabərlik qoluna imza atıb. Bundan sonra tərəflər hesabı artırmaq üçün bir neçə qol epizodu yaratsalar da, qələbə qolu matçın son saniyələrində vurulub. Türkiyə yığmasının gənc yarımmüdaifəçisi Arda Turan fərdi bacarığı sayəsində rəqibin müdafiəsini çaş-baş salaraq komandasına hava-su kimi vacib olan qola imza atıb.

Dünən Türkiyə yığma komandasının yer aldığı A qrupunda daha bir oyun keçirilib. Portuqaliya komandası Çexiyanı 3:1 hesabı ilə məğlub edib. Keçirilən oyunlardan sonra Portuqaliya komandası altı xalla turnir cədvəlinə başçılıq edir. Hərəyə üç xalı olan Çexiya və Türkiyə milliləri iki və üçüncü yerləri bölüşürlər. Avropa çempionatında növbəti mərhələyə adlamaq şansını itirən meydan sahibi olan İsveçrənin aktivində xal yoxdur.

Bu qrupun növbəti oyunları iyunun 15-də keçiriləcək. Türkiyə Çexiya ilə, Portuqaliya isə İsveçrə yığma komandası ilə qarşılaşacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti