...

Türkiyə-Çexiya oyunundan sonra Brnoda azərbaycanlı tələbələrlə çexiyalı azarkeşlər arasında insident baş verib

Cəmiyyət Materials 17 İyun 2008 17:27 (UTC +04:00)
Türkiyə-Çexiya oyunundan sonra Brnoda azərbaycanlı tələbələrlə çexiyalı azarkeşlər arasında insident baş verib

Çexiya, Brno, 17 iyun/ Trend , müxbir S.Nəcəfov/ Avropa çempionatında qarşılaşan Türkiyə-Çexiya oyunundan sonra Çexiyanın Brno şəhərində azərbaycanlı tələbələrlə çexiyalı azarkeşlər arasında insident baş verib

Trend -un arayışı: İyunun 15-də keçirilənTürkiyə-Çexiya oyununda türklər 3:2 hesabı ilə qələbə çalmaqla, komandanın 1/4 final oyununda iştirakını təmin ediblər.

Məlumata görə, Brnoda tələbə klublarının birində Türkiyəyə azarkeşlik edən azərbaycanlı tələbələr çexiyalı azarkeşlərinin qəzəbinə tuş gəliblər. Oyundan sonra çexiyalı azarkeşlərlə azərbaycanlı tələbələr arasında dava düşüb. Bundan sonra azərbaycanlı tələbələrdən biri yataqxanaya qayıdarkən iki çexiyalı azarkeş arasında yenidən insident baş verib. Tələbələr arasında qarşıdurma yaranıb.

Türkiyə və Çexiya azarkeşlərinin Praqada baş verən insidentində isə, çexiyalı fanatların bir neçəsi həbs edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti