...

Azərbaycanın Teleradio Şurası telekanallarda mənəviyyata ziyan vuran proqramlar üçün qaydalar hazırlayıb (video)

Cəmiyyət Materials 19 İyun 2008 12:21 (UTC +04:00)
Azərbaycanın Teleradio Şurası telekanallarda mənəviyyata ziyan vuran proqramlar üçün qaydalar hazırlayıb (video)

Azərbaycan, Bakı, 19 iyun/ Trend , müxbir E.Babayev/ Azərbaycanın Milli Televiziya və Radio Şurası (MTRŞ) telekanallarda yetkinlik yaşına çatmayanların fiziki əqli, mənəviyyatına ziyan vuran proqramlar üçün qaydalar hazırlayıb. "Qaydalara əsasən, axşam saat 23:00-a qədər gedən proqram və filmlərdə zorakılıq və qəddarlıqla müşahidə olunmalar qadağan ediləcək", cümə axşamı jurnalistlərə MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirib.

Trend -un arayışı: Teleradio Şurası Azərbaycanda fəaliyyət göstərən telekanallarda "Televiziya və radio yayımı haqqında" qanunun tələblərinin pozulmaması üçün intensiv monitorinqlər aparır. Qanunu pozan telekanallar bir neçə dəfə xəbərdarlıq edilir. Xəbərdarlıqlardan nəticə çıxarmayan telekanalların lisenziyasının ləğvi məsələsi müzakirəyə çıxarılır.

Məhərrəmli deyib ki, qaydalarda göstərilən müddətə qədər psixi təsir edən erotik filmlərin, o cümlədən narkotik vasitələrin müsbətyönlü təbliğini göstərən filmlərin yayımı da qadağan ediləcək. MTRŞ sədri hesab edir ki, bu cür qaydalar bütün dünyada tətbiq edilir.

Azərbaycanda 7 dövlət və özəl telekanal fəaliyyət göstərir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti