Azərbaycan, Bakı, 23 iyun / Trend , müxbir R.Ergün/ Azərbaycanın 17 yaşlı futbolçulardan ibarət yığma komandası Avstriyada keçiriləcək "Avstriya kuboku" adlı beynəlxalq turnirdə iştirak edəcək. Bu barədə Trend -a Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidməti məlumat verib.
Beynəlxalq turnirin oyunları iyulun 5-də başlayacaq və yeddi gün davam edəcək.
Azərbaycanın 17 yaşlı futbolçularından ibarət yığma komandası bir neçə gün əvvəl Moldovada keçirilən beynəlxalq turnirdə iştirak edərək üçüncü yeri tutub.
Azərbaycanlı futbolçular Avstriyaya almaniyalı baş məşqçi Bernhard Lippertin rəhbərliyi altında yola düşəcəklər.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]