...

Azərbaycanın futzal üzrə çempion klubu futbol məşqçisi ilə müqavilə bağlayıb

Cəmiyyət Materials 23 İyun 2008 17:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 iyun / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Araz" futzal klubu "Bakı" futbol klubunun keçmiş baş məşqçisi Böyükağa Hacıyevlə müqavilə bağlayıb. Bu barədə Trend -a bazar ertəsi Hacıyev məlumat verib.

Hacıyev indiyədək futzal klublarında baş məşqçi olmayıb. O, üç il əvvəl "Bakı" futbol klubu ilə Azərbaycan çempionatının qızıl medalını qazanıb. Hacıyev əvvəllər İranın futbol klublarında da baş məşqçi kimi çalışıb.

"Araz" klubuna Hacıyevdən əvvəl, hazırda Futzal Federasiyasının prezidenti olan Zaur Axundov rəhbərlik edib. Bu komanda Azərbaycanın futzal üzrə sonuncu mövsümündə həm çempion olub, həm də ölkə kubokunu qazanıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti