...

Azərbaycan Teleradio Şurası telekanallara xəbərdarlıq edib

Cəmiyyət Materials 26 İyun 2008 14:07 (UTC +04:00)
Azərbaycan Teleradio Şurası telekanallara xəbərdarlıq edib

Azərbaycan, Bakı, 26 iyun/ Trend , müxbir E.Babayev / Azərbaycanın Milli Televiziya və Radio Şurası (MTRŞ) "Lider" və ANS telekanallarına şifahi xəbərdarlıq edib. Bu barədə cümə axşamı Trend -a MTRŞ sədri Nuşirəvan Məhərrəmli məlumat verib. Onun sözlərinə görə, "Lider" telekanalı tərəfindən "Televiziya və radio yayımı haqqında" qanunun reklamla bağlı tələblərinin pozulması faktı qeydə alınıb.

"Lider" kanalı saat 23: 00-dan tez olaraq bir neçə gün spirtli içkiləri reklam edib.

Trend -un arayışı: "Televiziya və radio yayımı haqqında" qanunun reklamla bağlı tələblərinə əsasən, spirtli içkilər saat 23:00-dan sonra reklam edilə bilər. MTRŞ-nin əsasnaməsinə görə, qanun pozuntularına görə, öncə kanallara şifahi xəbərdarlıq edilir. Qanun pozuntuları aradan qaldırılmadıqda ikinci dəfə yazılı xəbərdarlıq olunur və əgər kanal pozuntuları davam etdirərsə, onların lisenziyasının ləğvi məsələsinə baxılır.

Məhərrəmli bildirib ki, ANS telekanalı tərəfindən isə xüsusi razılığın (lisenziyanın) qayda və şərtlərinin pozulması faktı müzakirə edilib. "ANS-də texniki qüsurlar qeydə alınıb. Kanal Cəlilabad rayonu üzrə tezlikləri rəsmiləşdirməyib", - deyə Məhərrəmli bildirib.

Azərbaycanda ümumölkə yayımı üzrə 7 özəl və dövlət telekanalı fəaliyyət göstərir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti